Azərbaycanda 16 yaşlı bacıoğlu dayısını öldürdü

Sabirabadda bacıoğlu dayısını qətlə yetirib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün rayonun Yaxa Dəllək kəndində qeydə alınıb.

Kənd sakini, 16 yaşlı Cavad Cabir oğlu Hacıyev dayısı 1972-ci il təvəllüdlü Vüqar Poladxan oğlu Hacıyevi bıçaqlayıb. Ağır yaralanan dayı xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Dayısını öldürən Cavad Hacıyev qaçaraq gizlənib. Lakin sonradan onu gizləndiyi yarıtikili binadan tapıblar.

Hadisənin şəxsi mübahisə zəmnində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS