Rus ordusu lərzəyə salacaq (FOTO, VİDEO)

Rusiya Silahlı Qüvvələri tarixinin ən böyük modernləşmə prosesini həyata keçirir. ABŞ-ın “National Interest” saytı uzun fasilədən sonra yenilənməyə başlayan və sahədə böyük addımlar atan rus ordusunu qış yuxusundan oyadan ayıya bənzədib.

“Qış yuxusundan oyanan ayı kimi rus ordusu yenidən silahlanma proqramı ilə onlarla il davam edən məsuliyyətsizlikdən qurtulur. Yeni proqram ordunu Avrasiyanın ən güclüsü etməyi planlaşdırır.

T-14 “Armata” tankı və Kurganets piyada döyüş maşınları proqramın tərkib hissəsdir və may ayının 9-dakı paradda sınaqdan çıxarılacaq. Saytın yazdığına görə, bu silahlar ilk dəfə paradın gecə təlimi zamanı görüntülənib.

“Armata-nın T-72, T-80 və T-90 tankları olacaq. “Armata”ya 125 milimətlik əsas top ilə quraşdırılmış yeni insansız qüllə yerləşdiriləcək. Tank avtomatik yükləyici ilə təhciz ediləcək. Bununla da heyət sayı 3-ə enəcək”.

Saytın yazdığına görə, “Kurganets” döyüş maşını xarici görünüşünə görə “Bradley”, “Warrior” və “CV-90” kimi modellərə bənzəyir. Maşın 30 milimetr avtomatik top və kornet sisteminin 4 ədəd tank əleyhinə raketi ilə təhciz ediləcək.

“Armata” və “Kurganets”lə bərabər 300 milimetr mərmi istifadə edilən uzaq məsafəli raket kompleksi “Smerç” ilə “Koalitsiya-SV” qundağı motorlu topçu sistemə də diqqət çəkilib.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Serqey Şoyqu özü də Böyük vətən müharibəsində əldə edilən qələbənin 70 illiyi münasibəti ilə keçirilən paradda müasir texnikanın ən yeni, heç kimin görmədiyi nəaliyyətlərini görməyin mümkün olacağını açıqlamışdı.

…read more

From:: ANS