Azərbaycanda zəlzələ oldu

İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələ mayın 2-də olub.

Yeraltı təkan yerli vaxtla 10:51-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 41 km olub.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, ölkə ərazisində son zəlzələ 27 apreldə Qubada qeydə alınmışdı. Yeraltı təkanlar rayonun 14 km cənub şərqində yerin 42 km dərinliyində baş vermişdi. 3,0 bal gücündə zəlzələ hiss edilməmişdi.

Qubadan əvvəl isə – 25 apreldə Qəbələ rayonunda zəlzələ qeydə alınmışdı. 3.0 bal gücündə baş vermiş yeraltı təkanlar yerin 12 km dərinliyində 3.0 gücündə qeydə alınmışdı.

…read more

From:: ANS