Əfsanəvi müğənni öldü (VİDEO)

R&B və Soul musiqi janrının əfsanəvi ifaçılarından biri həyatla vidalaşıb.

ANS PRESS-in məlumatına görə, “Stand by Me” mahnısı ilə könüllərdə taxt quran 76 yaşlı məşhur müğənni Ben E. Kinq ötən gün dünyasını dəyişib.

1950-ci ildə “The Drifters” qrupu ilə musiqi kariyerasına qədəm qoyan və əsl adı Bencamin İrl Nelson olan Ben E Kinq “There Goes My Baby” ve “Save the Last Dance For Me” mahnıları ilə tanınamağa başladı.

Daha sonra solo kariyeraya başlayan müğənni 1961-ci ildə bəstələdiyi “Stand by Me” mahnısı ilə daha da populyarlaşaraq şöhrətin zirvəsinə qalxdı.

1980-ci illərdən yenidən gündəmə gələn mahnı İngiltərədəki musiqi çartlarında həftələrlə ilk pillədən enmədi. Eyni adla film də çəkildi. Məşhur mahnı Con Lennon və Spayder Törner tərəfindən kaver versiyada səsləndirildi. Bundan başqa, “Stand by Me” mahnısı XX əsrdə Ameriakının radio və televiziyalarında ən çox göstərilən dördüncü mahnı olaraq tarixə düşüb.

Qeyd edək ki, “Rolling Stone” jurnalının “Bütün dövrlərin ən yaxşı 500 ifaçısı” siyahısında B.Kinqin də adı salınıb.

…read more

From:: ANS