Separatçı lider kommunistləri belə aldatdı

Türkiyədə separatçı kürdlərin siyasi partiyasının həmsədri Səlahəddin Demirtaş 1 may günü ölkə zəhmətkeşlərini aldadıb.

ANS PRESS-in məlumatına görə, mətbuata verdiyi bəyanatlarda bütün sosialistləri Taksim meydanına dəvət edən, hətta Taksimi mqəddəs Kəbə ilə müqayisə edən HDP-nin həmsədri özü həmin gün nəinki Takisimə getməyib, hətta Türkiyədə olmayıb.

Yerli mətbuorqanlar Xalqların Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın Fransanın tətil şəhəri Marsilyaya getdiyini qeyd edib.

Demirtaşın Taksim çağırışına qulaq verən çox sayda kommunist isə “molotof kokteyli”, sapand və s. bu kimi əşyalarla silahlanaraq Taksim meydanının girişində polislə qarşıdurmalara səbəb olublar. …read more

From:: ANS