ABŞ bu dəfə də erməniləri üzdü

ABŞ hökuməti mayın 3-də Dağlıq Qarabagda keçiriləcək qondarma “parlament seçkisi”ni tanımır.

ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Departamenti xəbər yayıb.

Bəyanatda qeyd olunur ki, ABŞ Dağlıq Qarabağı müstəqil tərəf kimi tanımır və “parlament seçkisi”ni qanunsuz sayır.

Qeyd edək ki, aprelin 30-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə ayrılıqda baş tutan görüşlərinin yekunu ilə bağlı bəyanat vermişdilər.

“Nə ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi, nə də hər hansı bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır”, – deyə bəyənatda bildirilir. …read more

From:: ANS