Elnurun arxasınca danışdılar (VİDEO)

Builki “Eurovision” təmsilçimiz Elnur Hüseynov qardaş ölkədəki verilişlərdən birində qonaq olub.

ANS PRESS-in məlumatına görə, “O səs Türkiyə”dəki qalibiyyətindən sonra Türkiyədə də sevilən müğənni Elnur Hüseynov “Beyaz Show”da qonaq olaraq . “Eurovision”da ifa edəcəyi mahnıdan, promo-turlarından söz açıb.

Sonra həmin mahnını səsləndirən Elnur tamaşaçılarla sağollaşaraq, Avropada yaşayan Türkiyəli vətəndaşlardan ona dəstək olmağı istəyib. Proqramın aparıcısı Bəyazıd Öztürk (Bəyaz) isə əgər səsə qiymət verilərsə, onun birinci olacağını vurğulayıb.

O getdikdən sonra məşhur şoumen qonaqlara onun barəsində xoş sözlər danışıb. Qonaqlar da onun sözlərini təsdiqləyiblər. Aktrisa Şəbnəm Bozoklu da ona heyranlıq duyduğunu dilə gətirib.

Qeyd edək ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır. Bu il isə mayın 21-də “Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada çıxış edəcək.

…read more

From:: ANS