Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlər

Bakı uzun illər beynəlmiləl şəhər kimi tanınıb. Bir çox millətlərin nümayəndələri bu şəhərdə anadan olub, böyüyüb, təhsil alıb, sonradan Bakını tərk ediblər. Bakıda dünyaya gələn bu tanınmışların bəziləri uşaq, bəziləri gənc yaşlarında küləklər şəhərini tərk edib dünyaya məxsus olublar.

Bakıda anadan olub sonradan başqa yerlərdə məşhur olan alimləri təqdim edirik.

Lev Landau: Bu siyahıda əvvəlcə yeganə Nobel mükafatçısı olan bakılı Lev Landaunun adını çəkmək lazımdır. O, 1962-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görülüb. Maraqlı məqamlardan biri budur ki, həmin mükafat ona xəstəxanada təqdim edilib.

Landau avtomobil qəzası nəticəsində başından və döş qəfəsindən ölümcül xəsarət alıb. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Landaunu ölümdən xilas etmək mümkün olub.

1962-ci ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. Nobel komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməyi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirib, ancaq 1964-cü il yanvarın 25-də öz evinə qayıdıb.

Lev Landau 1908-ci il yanvarın 22-də Bakıda anadan olub. O zaman gələcək böyük alimin atası David Landau Balaxanı neft mədənlərində mühəndis, anası Lyuba isə mama-ginekoloq işləyirdi. 1913-cü ildə kiçik Levin təhsil alması üçün onun ailəsi indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən evə köçür. Lev Landau 1924-cü ilə qədər həmin evdə yaşayır (hazırda evin qarşısında Landaunun orada yaşadığını bildirən lövhə var).

8 yaşında Bakıda gimnaziyaya daxil olur, 12 yaşında əla qiymətlərlə oranı bitirir. Lakin yeniyetmə olması onun ali məktəbə gedən yolunu kəsir. 12 yaşlı yeniyetmənin ali məktəbdə oxumasına qarşı çıxırlar. Ailəsi məcbur olub onu Bakıdakı İqtisadiyyat Texnikumuna qoyur. Əvvəldən riyaziyyatdan xüsusi zövq alan Lev üçün iki illik texnikum təhsili göydəndüşmə olur. Dərindən sevdiyi riyaziyyatla daha əhatəli məşğul olmağa başlayır. 1922-ci ildə texnikumu bitirəndə Landaunun 14 yaşı var idi. Elə həmin il Azərbaycan …read more

From:: ANS