Əcnəbilər üçün Bakı ekskursiyası (VİDEO)

Avropa Oyunları zamanı Azərbaycana gələn əcnəbilərin ölkəmizin qədim tarixi abidələri və muzeylərinə ekskursiyası da təşkil olunacaq.

ANS TV-nin məlumatıan görə, bu açıqlamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və turizm idarələrinin rəhbərləri, həmçinin tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyət göstərən abidə mühafizəçilərilə görüşündə deyib:

“Bütün Bakı ətrafında və digər regionlarda ən cəlbedici, maraq kəsb edən tarixi abidələrinə ekskursiya təşkil olunacaq. Artıq müvafiq iş qrafikinin maşrutlarına bunlar daxil edilib. Artıq bələdçilərin hazırlanması istiqamətində lazımi işlər görülür. Avropa Oyunları zamanı qoruqlar və tarixi abidələr ziyarət olunacaq. İş qrafiki isə xüsusi bir cədvələ uyğun olaraq həyata keçirləcək. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir, düşünürəm ki, oyunlara qədər yerdə qalan digər məslələrin həllinə də nail olacayıq”.

…read more

From:: ANS