Korrupsiyaya qarşı plan 71 faiz icra olunub

“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, “Konstitusiya” Araşdırmalar Fondunun əməkdaşlığı həyata keçirilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələri əsasında hazırlanmış hesabat geniş ictimaiyyətə təqdim edilib. Monitorinq dövrü 2013-cü il sentyabr-2014-cü il dekabr aylarını əhatə edib.

ANS PRESS-in məlumatına görə, tədbiri girş sözü ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva açıb.

Ə.Nuriyev bildirib ki, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən MFP-nin monitorinqi ilə bağlı artıq ikinci hesabat təqdim olunur. Monitorinq nəticələri göstərir ki, MFP-də nəzərdə tutulan tədbilərin 2 il 4 ay ərzində orta icra göstəricisi 71.47% olub. 2012-ci lin sentyabrı və 2013-cü ilin sentyabrını əhatə edən dövr üçün bu göstərici 34% olmuşdu.

“Konstitusiya” Araşdırmalar Fondunun eksperti, layihə koordinatoru Zaur İbrahimov monitorinqin nəticələrini təqdim edib.

MFP dövlət qurumları, komitələr, bələdiyyələrə və dövlətə məxsus olan şirkətlər və başqa maraqlı tərəflər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir. Ümumilikdə MFP təsdiq olunduqdan sonra 91 tədbirin icarsı artıq 2014-cü ildə başa çatması nəzərdə tutulmuşdu.

MFP-nin icrası ilə bağlı hesabatda qeyd olunur ki, daha geniş miqyasda qanunvercilik, prosedurların dəqiqləşdirilməsi, yenidən işlənməsi, müxtəlif sahələr üzrə inkişaf konsepsiyalarının hazırlanmsı və qəbulu həmçinin elektron xidmətlərin tətbiqi ilə bağlı baza tədbirlərin həyata keçirilməsi prosesi başa çatmaq üzrədir. MFP-nin icrasında dinamika müşahidə olunur.

Xüsusən qanunvericiliyin, ümumilikdə normativ bazanın, elektron xidmətlərin təşkili, dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərin, yeniliklərin tətbiqi, sahibkarlıq subyektlərinə yoxlamaların aparılması ilə bağlı yeni prosedurların tətbiqi, əhalinin sosial müdafiəsi, ünvanlı sosial yardımların, əillik dərəcəsinin verilməsində yeni mexanizmlərin tətbiqi ilə bağlı tədbirlərin hazırlanması, Korrupsiyaya Qarşı …read more

From:: ANS