Ölkə polisləri Bakıya toplaşdı

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətndən ANS PRESS-ə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Polis Akademiyasının həyətində ucaldılan abidəsini ziyarət edib, əklil qoyublar.

Böyük vətən müharibəsindən bəhs edən sənədli filmin nümayişindən sonra konfransı açıq elan edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olduğunu bildirib. Onun sözlərinə görə, 600 min həmvətənimizin ön cəbhəyə yollanın. N.Əliyev Azərbaycanda təşkil olunmuş diviziyaların Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdiyini, minlərlə həmyerlimizin partizan dəstələrinin tərkibində vuruşduğunu, müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısısının döyüşlərdə qəhrəmanlıqla həlak olduğunu, 170 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyinii, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görüldüyünü diqqətə çatdırıb.

Xüsusilə qeyd olunub ki, Qələbənin qazanılmasında Bakı neftinin rolu əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü.

Ümummilli lider Heydər Əliyev 1941-1945-ci illər müharibəsində qazanılan qələbədə xalqımızın fədakarlığından, soydaşlarımızın həm ön, həm də arxa cəbhədəki qəhrəmanlığından, şücaətindən bəhs edərkən deyirdi: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi… O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…” Buna görə də ikinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik …read more

From:: ANS