Bakıda orijinal yenilik (FOTO)

Bakıda yeni məlumatlandırıcı tablolar quraşdırılıb.

ANS PRESS-in məlumatına görə, məlumatlandırıcı tablolar sarı rəngdə qoyulur. Burada əsas məqsəd yoldan ötən insanların məlumatlandırıcı lövhələri tez görməkdir.

Lövhələr Bakı şəhər Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sifarişilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindnə qoyulur.

Məlumatlandırıcı lövhələrdə informasiyalar ingilis dilində qeyd edilib. Hazırda belə məlumatlandırıcı lövhələrə “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, Hüseyn Cavid parkında görmək olar.

ANS PRESS həmin məlumatlandırıcı lövhələrin fotolarını təqdim edir:

…read more

From:: ANS