Taksimdə toqquşma (FOTO)

Türkiyədə 1 May günü ilə bağlı keçirilən aksiyada qarşıdurma olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bir qrup gənc girişin yasaq olduğu Taksim meydanına gedib.

Komunist Partiyanın (KP) üzvü olduğu qeyd edilən bir qrup polis nəzarətində olan meydana yaxınlıqdakı bir otelin binasından qaçaraq girib.

Əllərində plakatlar olan gənclər şüarlar səsləndirməyə başlayıblar. Bir anda onların ətrafını polislər sarıb. Qrupu meydandan çıxarmaq istəyən polislərlə qrup arasında qarşıdurma olub.
Bəzi nümayişçilər saxlanılıb. Onlar meydandan uzaqlaşdırılıblar.

Qeyd edək ki, 1 May 120 ildən çoxdur ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq keçirilir.

Türkiyədə bir neçə ildir ki, bu tarix toqquşmalarla yadda qalır.

…read more

From:: ANS