İraqda silsilə partlayışlar: 21 ölü, 65 yaralı

Ötən axşam İraqın paytaxtı Bağdadda 5 partlayış törədilib.

ANS PRESS-in məlumatına görə, partlayışlar nəticəsində ümumilikdə 21 nəfər ölüb, azı 65 nəfər isə yaralanıb.

Ən güclü partlayış Bağdadın İskan rayonunda baş verib. Camila və Əl-Hurriya və Ur rayonlarında isə uşaq xəstəxanası və bazarlar hücumun hədəfi olub.

Silsilə partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. …read more

From:: ANS