Manat uculaşdı, 3 milyard qazandıq

Devalvasiya Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) müsbət təsir edib. Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, fondun büdcəsinin icrasında pozitiv dəyişikliklər baş verib. “Biz büdcəyə 10 milyard manat transfert etmək üçün əgər 13 milyard dollar konvertasiya etməli idiksə, devalvasiyadan sonra biz cəmi 10 milyard dollar konvertasiya edəcəyik. Yəni, fond 3 milyard dollar vəsaitə qənaət edə bildi”.

O, büdcədənkənar gəlirin 7 488,7 milyon manat təşkil etdiyini deyib. Direktor qeyd edib ki, 2015-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 2 028,0 milyon manat, büdcə xərcləri isə 2 335,6 milyon manat təşkil edib.

2015-ci il aprelin 1-nə fondun aktivləri 2015-ci ilin əvvəlinə nisbətən 5,86% azalaraq 34 930,5 milyon dollara bərabər olub. …read more

From:: ANS