Müəllim şagirdini saçlarından sürüdü (VİDEO)

İnternetə yüklənən bir video qısa müddət ərzində böyük marağa səbəb olub.

ANS PRESS-in məlumatına görə, xarici ölkələrin birində dərs zamanı müəllimlə şagirdi arasında mübahisə yaranıb. Qız dərsə mane olduğu üçün müəllim ona əsəbiləşib. Nəticədə onlar mübahisə etməyə, daha sonra isə bir-birini təhqir etməyə başlayıblar. Yaşlı müəllim tələbəndən sinifdən çıxmasını tələb etsə də qız çıxmayıb. Yaşlı adam da qıza durmadan “sən xəstəsən, sənin beynin yoxdu” deyib.

Lakin qəfildən qız müəllimin masasının üstündəki kağızları dağıdıb. Elə bu anda əsəbləri dözməyən müəllim qızın üstünə hücum çəkib. Onu saçlarından tutaraq vurmağa başlayıb. Qızın sinif yoldaşları onları çətinliklə ayırıblar. Hətta oğlanlardan biri qızı çıxarmaq üçün digər oğlandan kömək də istəyib.

…read more

From:: ANS