Evlənmək istədiyi kişidən “yox” eşidən qadın şoka saldı (VİDEO)

Evlilik proqramına qatılan qadının aldığı cavabdan sonrakı dəyişimi görənləri şoka salıb.
ANS PRESS-in məlumatına görə, 60 yaşlı Necla Özdamar qonşu Türkiyədə yayımlanan evlilik proqramlarından birinə qatılıb.

Necla xanım ömrünün əksər hissəsini işinə həsr edib. O tibb bacısı kimi çalışıb. İllərin əzab-əziyyəti, çəkdiyi çətinliklər qadının üz cizgilərində də öz izini qoyub. Yaşına görə daha yaşlı görünən qadının üzü qırışlarla dolu olub.

Təqaüdə çıxandan sonra o həyatını dəyişmək üçün evlənmək istəyib. Lakin proqramda talib olduğu şəxs onun görüntüsünü bəyənməyib. Evlənmək istədiyi şəxsdən “yox” cavabı eşidən qadın depressiyaya düşüb və dəyişiklik barədə qərar verib.

Üç həftə sonra onu görənlər sözün yaxşı mənasında şok yaşayıblar. Belə ki, 60 yaşlı tibb bacısının qırışları demək olar ki, tamamilə yoxa çıxıb, saçlarının rəngi və forması, hətta geyim tərzi belə dəyişib.
“Bu andan sonra o adam məni bəyənsə belə onu istəmirəm. Artıq yolu açıq olsun”.

…read more

From:: ANS