Serjin qaranlıq gecələri

Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyanın dəstəsi əhaliyə növbəti dəfə zərbə vurur. Belə ki, bu il iyulun 1-dən etibarən elektrik enerjisinin qiymətlərini 6 dram bahalaşdırır.

ANS PRESS-in məlumatına görə, bu barədə “Joxovurd” qəzeti yazıb.

Bildirilir ki, “Ermənistan Elektrik Şəbəkələri” şirkəti istehlakçılar üçün elektrik enerjisinə tariflərin 6 dram artırılması üçün ictimai xidmətlərin nizamlanması üzrə Dövlət Komissiyaya müraciət etmək niyyətindədir.

Şirkətin mətbuat katibi Natalya Sardjanyan deyib ki, bu məsələ hələlik müzakirə mərhələsindədir. Amma yaxın vaxtlarda şirkət qiymətlərin artırılması barədə müraciət edəcək.

Lakin gizli mənbədən məlum olub ki, şirkətin rəhbərliyi gələn həftə tariflərin artırılması haqqında müraciəti göndərəcək. Yəni indi proqnozlaşdırmaq olar ki, elektrik enerjisinə tariflər iyulun 1-dan bahalaşacaq. İlkin informasiyaya görə, elektrik enerjisinin gündüzlər 1 kVt/saatı üçün yeni tarif 48 dram, gecə isə 38 dram təşkil edəcək.

Xatırladaq ki, Ermənistanın energetika və təbii sərvətlər nazirinin müavini Areq Qalstyan bir müddət əvvəl ölkədə elektrik enerjisinin 1 kVt/saat üçün 2,5 dram bahalaşmasının qaçılmaz olduğunu söyləyib. …read more

From:: ANS