Taksi sürücüsü müştərini peşman etdi

Bakıda taksi sürücüsü müştərini qarət edib.

Bakı şəhər Baş Poli İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, müştərini qarət edən sürücü saxlanılıb. Əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1982-ci il təvəllüdlü Rəşad Vaqif oğlu Nəcəfov saxlanılıb.

Saxlanılan şəxs aprelin 17-də 02:30 radələrində Cavadxan küçəsində taksi kimi idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşən sərnişin, Bakı şəhər sakini Kamil Kərimovun içərisində 230 manat olan pul kisəsini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS