Analar ölməyəcək (FOTO)

Azərbaycanda doğuş zamanı baş verən ölüm hallarınn qarşısını almaq üçün böyük işlər görülür. Bunlardan ən əsası isə Respublika Perinatal Mərkəzi tam gücü ilə işləyir.

Qeyd edək ki, Perinatal Mərkəzin yerində əvvəllər Səhiyyə Nazirliyinin balansında olan 2 saylı Xətai Doğum Evi fəaliyyət göstərib. Bura 2006-cı ildə təmirə dayandırılıb və 2009-cu ildə təmirdən sonra Perinatal Mərkəz kimi fəaliyyətə başlayıb. Ötən isə bura əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib.

Əgər əvvəllər Azərbaycanda doğuş zamanı ölüm halları çox idisə, artıq bu hallar nisbətən azalmaqdadır. Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, tibb müəssisəsinə ən ağır xəstələr qəbul olunur.

“Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq bu mərkəzi yaratdılar. Hazırda Azərbaycanda Perinatal Mərkəzə hamiməlik zamanı xüsusi risklər daşıyan qadınlar daxil olur. Əgər əvvəllər qadınlar hamiləliyin 28 həftəliyində doğuş edirdisə, indi artıq bizim imkanlarımız var ki, ehtiyac yaranarsa, qadını hamiləliyin 22 həftəsində əməliyyat edərək uşağı salamat çıxaraq”, – deyə Sevinc Məmmədova bildirib.

Perinatal Mərkəzə müraciət etmək üçün hamilə qadının qeydiyyatda olduğu şöbədən göndəriş yazılmalıdır. Göndərişdə qeyd edilməlidir ki, qadının problemləri nədir və o, niyə adi doğum evlərində doğuş keçirə bilməz. Həmin qadın Perinatal Mərkəzə qəbul olunur. Burada xəstələrə bütün tibbi yardımlar pulsuz göstərilir.

Sevinc Məmmədova deyir ki, bəzən onlara elə ağır xəstələr müraciət edir ki, həmin anda heç bir sənəd tələb olunmur: “Əgər göndərişsiz qadın xüsusi ağır formada müraciət edirsə, təbii ki, onu qəbul edirik. Həmin anda ondan nə sənəd tələb etmək olar ki? Bəzən görürsən ki, adi hamiməlik dövrü keçirən və heç bir problemi olmayan xəstə müraciət edir. Onu başa salmağa çalışırıq ki, əgər səni qəbul etsək, o zaman vəziyyəti ağır olanlara yer qalmır”.

Perinatal Mərkəzi 6 mərtəbədən ibarətdir. Burada ümumilik 120 çarpayı var. Körpələr üçün isə 50 yer var. Reanimasiya şöbəsin 8 çarpayı var. Burada gözəl şəraitə malik palatalar var. Xəstəxanada yeməkxanada gündə 3 dəfə yemək bişirilir.

Perinatal Mərkəzdə normal doğuş keçirənlər 4 gün saxlanılır. Qeysəriyyə əməliyyatı ilə doğuş keçirən …read more

From:: ANS