ABŞ Bəşər Əsədlə barışmır

Suriya Müxalifət və İnqilabçı Milli Qüvvələr Koalissiyası (SMİQK) rəhbəri Xalid Xoca ilə bir araya gələn Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi görüşdən əvvəl mətbuata çıqlama verib.

ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri açıqlamasında Suriyada hazırkı vəziyyəti acınacaqlı və fəlakət kimi qəbul edib.

Bu vəziyyətin təkcə ölkə daxilinə yox, həm də Türkiyəyə, Livana, İordaniyaya təsir etdiyini dilə gətirib.
BƏƏS rejiminin xalqına qarşı öhdəliklərini itirdiyini vurğulayan Kerri, həmçinin B.Əsədi ölkəyə terrorçuları cəlb etməkdə suçlayıb.

SMİQK rəhbəri Xoca da Kerrinin sözlərini dəstəkləyərək Əsədin xalqın gələcəyi üçün heç bir addım atmadığını, cinayətlərin əsl səbəbkarı olduğunu bildirib. …read more

From:: ANS