“Əsas problem Qarabağdır”

Ötən gün ölkəmizdə səfərdə olan Türkiyənin sabiq prezidenti azərbaycanlı tələbələrlə görüşü zamanı ölkəmizin bölgədəki əhəmiyyətindən danışıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin sabiq prezidenti Abdullah Gülə iqtisadiyyat elmində nailiyyətlərinə, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə Azərbaycan Diplomatik Akademiyasının (ADA) fəxri doktoru adı verilib.

Diplomu sabiq prezidentə rektor Hafiz Paşayev təqdim edib.

A.Gül tələbərin qarşısında çıxışı zamanı onlarla bir araya gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib.
O, Bakının Avropa Oyunlarının ilk keçiriləcəyi yer olmasının xüsusi əhəmiyyətini vuğulamaqla yanaşı, çox sevdiyi Gəncə şəhərinin isə Avropa mədəniyyət mərkəzi paytaxtı qəbul edilməsindən söz açıb.

“Bu bir həqiqətdir ki, Qafqazda bu gün stabillik yoxdur. Buna səbəb isə Azərbaycan torpaqlarının 20 %-nin hələ də işğal altında olmasıdır. Bu problemin həll olması təkcə Qafqazda yox, eyni zamanda böyük bir regiona sülh və əmin-amanlıq bəxş edəcək”, – deyə A.Gül regiondakı vəziyyəti dəyərləndirib. …read more

From:: ANS