Bakıda fərqli xüsusiyyətli işıqforlar

İlk dəfə 1868-ci ildə Londonda parlament binası qarşısında quraşdılıan işıqfor indi dünyanın bütün ölkələrində istifadə olunur. Yarandığı vaxtlarda qırmız və yaşıl sayrışan işıqdan ibarət olan yol tənzimləyicisinə 1920-ci ildə sarı rəngli işıq əlavə olnub. 3 rəngli işıqforlar isə ilk dəfə ABŞ-ın Detroid və Nyu-York şəhərlərini bəzəyib.

Paytaxt Bakının istənilən küçəsində də bu yol nizamlayıcısına rast gəlmək olar. Amma bəzi küçələrdə fərqli funksiyalı işıqforlara da quraşdırılıb. Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində olan işıqfor piyadalar tərəfindən idarə olunan xüsusi mexanizmlə təhciz edilib. Belə ki, piyada işıqfor dirəyində olan düyməni basaraq qırmızı işığı yandıra və yolu keçə bilər.

Bir çox hallarda yol-hərəkət qaydalarının pozulması sürücülərin işıqforlardakı siqnalı görməməsi və ya onun tələblərinə məhəl qoymamasından qaynaqlanır. Paytaxt ərazisinə quraşdırılan yeni növ işıqforların özəllikləri isə ölçülərinin fərqli olmasıdır. Bu isə hərəkət zamanı sayrışan işıqların həm sürücülərin və piyadaların diqqətini cəlb etməsinə, həm də hərəkətin təhlükəsizliyinə xidmət edir.

Digər fəqli xüsusiyətli işıqfora paytatxın Nərimanov rayonu ərazisində rast gəldik. Ağa Neymətulla və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində quraşdırılan bu yol tənzimləyicisi görmə qüsurlu insanlar üçün nəzərdə tutub. Belə ki, piayadal üçün yaşıl işıq yandığı zaman bu, xüsusi səs siqnalı ilə görmə qüsurlulara xəbər verilir.

Hərəkət zamanı səbirinə sahib ola bilməyən şəxslərə də çarə tapılıb. Hərəkətdən hərəkətsizliyə və ya əksinə yanan işığı gözləməyənlər üçün də Bakının demək olar ki bütün küçələrinə rəqəmlı işıqforlar quraşdırılıb. Amma unutmaq lazım deyil ki, bütün bu görülən işlərin əsas məqsədi insan sağlamlığının qorunmasına xidmət edir. Fərqi yoxdu sürücü kimi ya da piyada kimi. Ona görə də, işıqforların bütün tələblərin səbrlə və düzgün riayət etmək lazımdır. …read more

From:: ANS