Elf geyimli yüzlərlə adam rekord həvəsində (VİDEO)

Tailandın paytaxtı Banqkokda şaxta babanın elfləri kimi geyinmiş yüzlərlə adam Ginnes rekorduna imza atmağa cəhd edib.

ANS TV-nin məlumatına görə, rekord cəhdində elf kostyumunda olan 1762 nəfər iştirak edib. Bu isə ötən il Böyük Britaniyada qeydə alınmış rekorddan 600 nəfər çoxdur. Ən çox elfin bir araya toplaşması üzrə rekorda imza atmaq istəyənlər qırmızı və yaşıl rəngli kostyumlarla yanaşı, rəngli papaq və elf qulağı taxmalı idilər.

…read more

From:: ANS