Bu adam İŞİD-i ifşa etdi (FOTO)

Almaniyalı yazıçı İŞİD terror qruplaşmasının fəaliyyətini pisləyən kitab nəşr etdirib.

ANS PRESS-in məlumatına görə, alman yazıçı Yürqen Todenhöfer “Inside IS” (“İŞİD-in içində”) adlı yeni kitabını yayımlayıb. Kitabın təqdmiatı paytaxt Berlində keçirilib.

Oğlu ilə birlikdə on gün müddətində İŞİD nəzarətində olan bölgələri gəzən Todenhöfer əl-Bağdadini Quranda göstərilən əməlləri dəyidirməkdə suçlayıb. İŞİD silahlılarının fəaliyyətinin və ideologiyasının İslama zidd olduğunu ifadə edən alman yazıçı onların bu vaxta qədər işlətdikləri bütün metodların uğurlu alındığını, lakin bunun Quranla heç bir əlaqəsi olmadığını vurğulayıb.

“Onların hər əməli İslama zərər verir. Zorlama ilə sevgi arasındakı əlaqə nə qədərdirsə, terrorla İslam arasındakı əlaqə də o qədərdir”, – deyə Yürqen Todenhöfer bildirib.

Qısa bir zamanda kitabı ən çox satılanlar (bestseller) arasına daxil olan yazıçı, buradan əldə etdiyi gəlirin hamısını suriyalı və iraqlı qaçqın uşaqlara sərf edəcəyini açıqlayıb.

Qeyd edək ki, Yürqen Todenhöfer İŞİD-in içində olarkən ona alman əsilli bir silahlı köməklik göstərib.

…read more

From:: ANS