Rus patriarx sosiallaşır

Böyük nüfuza malik Rusiya Ortodoks Kilsəsinin rəhbəri, patriarx Kirill sosial şəbəkəyə qoşulur.

ANS PRESS-in məlumatına görə, bu barədə rus provaslav kilsəsinin saytında xəbər verilib.

“Moskvanın və bütün Rusiyanın müqəddəs patriarxı Kirillin yerli “Vkontakte” sosial şəbəkəsində rəsmi hesabı açılacaq”, – deyə xəbərdə bildirilir.

Bu barədə qərar ötən gün keçirilən ali kilsə şurasının məsləhətləşməsi zamanı verilib.

Qeyd edək ki, patriarxın rəsmi səhifəsinin açılışı 24 may 2015-ci ilə nəzərdə tutulub. …read more

From:: ANS