Ən çox qazandıran valyuta

Rubl aprel ayının ən gəlirli valyutası adlandırılıb. ANS PRESS-in məlumatına görə, Bloomberg bunu dünyada bütün valyutalar arasında ən yaxşı nəticə hesab edib.

Bir ay ərzində Rusiya valyutası ABŞ dollarına qarşı 12% möhkəmlənib. Dollara nisbətən bahalaşmış (103) valyutaların ümümi sayı ucuzlaşmış (52) valyutalara nisbətən aprel ayı ərzində ikiqat artıb.

Rublun dollara nisbətən mütləq minimu qeyd olunduğu 30 yanvar 2015-ci il tarixindən bu günədək Rusiya valyutası 20% çox möhkəmlənib.

Moskva vaxtı ilə 19:38-a olan məlumata görə, Moskva birjasında satışlar zamanı 1 ABŞ dollarının məzənnəsi 51,62 rubl təşkil edib. Bu zaman avronun kursu 57,35 rubl olub.

2014-cü ilin nəticəsinə görə, rubl dünyanın ən zəif valyutaları sırasında idi. Bir il ərzində o ABŞ dollarına nisbətən 41%-ə qədər ucuzlaşmışdı.

Bu neftin dünya bazarında kəskin ucuzlaşması, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, həmçinin Ukraynada yaranmış vəziyyətlə bağlı olub. …read more

From:: ANS