Bakıda qadını döyüb öldürən qatil tutuldu

Bakıda 13 gün əvvəl qadını mənzilində döyərək qətlə yetirmiş Şabran rayon sakini tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Çiçək Alıyevanı mənzilində döyərək qətlə yetirmiş Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov tutulub.

O, Şabran rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. …read more

From:: ANS