FHN yanğınla bağlı məlumat yaydı

Lənkəranda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyası 3 kv.m sahədə və içərsində olan əşyalar yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS