Sinəsi tanınmış ulduzu çətinə saldı (FOTO)

Yaşına və keçirdiyi əməliyyatlara baxmayaraq hələ də adı dünyanın ən gözəl qadınları siyahısında olan Ancelina Coli pis vəziyyətə düşüb. Buna səbəb isə onun BMT-nin iclasına alt geyimi olmadan qatılması olub.

ANS PRESS-in məlumatına görə, BMT-nin Təhlükəsizlik Şurasında ötən gün suriyalı qaçqınların taleyi müzakirə edilib. İclasa qurumun xoşməramlı səfiri də qatılıb. Lakin onun sinəsi xoşməramının önünə keçib.

Büsqalteri olmadığı üçün sinəsi açıq-aşkar bilinən aktrisa çətin anlar yaşayıb. Bu detal fotoqrafların da gözündən qaçmayıb.

Qeyd edək ki, tanınmış ulduz ötən həftə BMT-ni sərt tənqid etmişdi. O, Suriyada minlərlə insanın qaçqın vəziyyətinə düşdüyü bir məqamda BMT-dəki qruplaşmanı tənqid etmişdi.

Xatırladaq ki, bir neçə il öncə xərçəng riski olan Coli süd vəzilərini amputasiya etdirib. Ötən ay isə o uşaqlığını götüzdürüb.

…read more

From:: ANS