Azərbaycanda partlayış oldu

Lənkəranda yanğınla müşayiət olunan partlayış baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 14:20-də Koroğlu küçəsi, 62 ünvanında yerləşən evdə olub.

Həmin evdə kirayə yaşayan 1948-ci il təvəllüdlü Zeynalova Lətifə İbad qızı xəsarət alıb. O, ağır yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətrinin ağır olduğu bildirilir.

Partlayışın maye qaz balonunu yandıran zaman baş verdiyi ehtimal edilir. …read more

From:: ANS