Əlilliyin təyin etmək üçün yeni qaydalar (VİDEO)

Azərbaycanda əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır. ANS TV-nin məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlama verərkən bildirib. O deyib ki, bu sahədəki neqativ halların qarşısını almaq üçün artıq işlərə başlanılıb.

Səlim Müslümov bildirdi ki, bu sahə üzrə prezidentin verdiyi bir çox tapşırıqlar artıq yekunlaşmaq üzrədir. Yenidən baxılacaq məsələ isə əlillik dərəcəsinin müddətidir. Məqsəd sahə üzrə şəffaflığın təmin olunmasıdır.

Ekspertlər xarici təcrübədən yararlanmağı təklif edir. Ekspertlərin fikrincə əlillik dərəcəsinini təyini zamanı hər bir şəxsə fərdi yanaşmalı və meyarlar müəyyən edilərkən xarici təcrübədən yararlanmaq lazımdır.

Ekspet Vüqar Bayramovun sözlərinə əsasən, beynəlxalq aləmdə əlillik dərəcəsi əmək qabiliyyəti aşağı düşüb, işləyə bilməyən şəxslərə verilir. Dövlət əmək qabiliyyətini itirmiş hissəsini kompensasiya edir. Şəffaflığın artırılması üçün isə xüsusi komissiya təşkil olunur. Yaradılan komissiyada yalnız dövlət qrumları və həkimlərdən ibarət bir qrup deyil, eləcə də media nümayəndələrinin olmağı vacib sayılır.

Qeyd edək ki, hazırda I qrup əlillik dərəcəsi iki illik müddətə təyin olunur. Həmin şəxs iki ildən sonra yenidən müayinədən keçir və əlillik yenə də iki il müddətinə təyin olunur. Üçüncü dəfə müayinədən keçəndən sonra yaxşılaşma baş verməyibsə ömürlük təyin olunur.

II qruplarda bu, hər il təyin olunmaqla, 10 il ərzində baş verir.

III qruplarda isə insan pensiya yaşına çatana qədər bu proses davam etdirilir. Yeni meyarlarla bağlı təkliflər yaxın günlərdə dövlət başçısına təqdim ediləcək.

…read more

From:: ANS