Türkiyə bu 4 qızdan danışır (FOTO)

Türkiyədə 4 lisey şagirdi olan qız etdikləri ilə eşidənləri xeyli təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə əlaqədar lisey şagirdlərinin Çanaqqalaya gəzintisi təşkil edilib. Gəzinti zamanı Ayşenur Öztürk, Selin Öztürk, Ceren Çetin və Cansel Turan adlı 4 qız böyük məbləğdə – 10 min dollar pul tapıblar. Qızlar düşünmədən həmin pulları apararaq polisə təhvil veriblər.

Qızların bu yaxşılığı qarşılıqsız qalmayıb. Lisey müdürü qızların bu örnək davranışına görə onların valideynləri ilə görüşüb, qızlara isə təşəkkür əlaməti olaraq şərəf sənədi verib.

…read more

From:: ANS