Saxta siqaretlər tutuldu

Gömrükçülər Gəncədə aksiz markası ilə markalanmamış xeyli siqaret götürüblər.

Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı İntiqam Meydarov saxlanılaraq onun əlindəki iki ədəd sellofan torbadan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış cəmi 900 qutu müxtəlif adlı xarici siqaret götürülüb.

Faktla bağlı təhqiqat aparılır. …read more

From:: ANS