Ölümsüz rus əsgərləri

Rusiya ordusunu robot əsgərlərlə gücləndirmək üçün yeni layihələr gerçəkləşdirir.

ANS PRESS-in məlumatına görə, qarşıdan gələn 5 il ərzində Rusiya ordusunun təchiz ediləcəyi “Exoskeleton” adlı robotlar düşüncə gücü ilə hərəkət edə biləcək. Onlar bellərində 300 kq-a qədər vəsait daşıya biləcək.

Rusiyalı menecer Aleksandr Kulis “Exoskeleton”ların hərbi sahədə yeni imkanlar açacağını bildirib. Robotların düşüncə gücü ilə hərəkət edəcəyinə və olduqca ağır silahlar daşıya biləcəyini vurğulayan Kulis həm də bu qurğunun əsgərlərə böyük sıçrayış qabiliyyəti qazandıracağını söyləyib.

“Hesab edirəm ki, 5 il içində “Exoskeleton”lara nəzarət etmək üçün kompüter-beyinlər və elektriklə işləyən beyin protezləri hazır olacaq”, – deyə Kulis vurğulayıb. …read more

From:: ANS