Uorlik Paris görüşündən yazdı

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü barədə açıqlama verib.

ANS PRESS-in məlumatına görə o, Twitter səhifəsində yazıb ki, Minsk qrupunun həmsədrləri aprelin 29-da Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüblər. Bu gün isə həmsədrlərin Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşü nəzərdə tutulur. Görüşlər Parisdə keçirilir.

O yazıb: “Biz Ermənistan idmançılarının I Avropa Oyunlarında iştirakı danışıqlarda inam və etibar yaratmağa kömək edəcəyinə ümid bəsləyirik.” …read more

From:: ANS