4 aylıq uşaq hamını ağlatdı (FOTO)

Nepal zəlzələsindən sonra axtarışlar zamanı möcüzə baş verib.

ANS PRESS-in məlumatına görə, 7,9 bal gücündə zəlzələdən 22 saat sonra bir körpə tapılıb. Körpənin 4 aylıq olduğu bildirilir. Xilasedicilər tapılan uşağın səhhətinin yaxşı olduğunu, ciddi xəsarətlərin olmadığını deyirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl – aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ olub. Nəticədə 5 mindən çox insan həlak olub, 8 mindən çox insan yaralanıb. Lakin xilasedicilər ölənlərin sayının 10 minə çatacağını ehtimal edirlər. Fəlakət zonasında infrastruktur dağılıb, rabitə və elektrik yoxdur.

…read more

From:: ANS