Yeni təyinatlar baş tutdu

Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın akademik-katibi və elmi bölmələr üzrə akademik-katib vəzifələrinə seçkilər keçirilib.

ANS PRESS xəbər verir ki, səsvermənin nəticələrinə əsasən akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi, akademik Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin, akademik Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin və akademik Fuad Əliyev Gəncə Bölməsinin akademik-katibi vəzifələrinə təsdiqləniblər.

Bununla yanaşı, AMEA-nın müxbir üzvü Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunublar. …read more

From:: ANS