"Qanlı yanvar"ın aktrisası Heydər Əliyev Mərkəzində (FOTO)

By İdrak Camalbəyli

Tanınmış türkiyəli aktrisa Nebahat Çehrə Heydər Əliyev Mərkəzində olub.

ANS PRESS-in məlumatına görə, Nebahat Çehrə Heydər Əliyev Muzeyi və Mərkəzidəki sərgi zallarına baxıb.

Nebahat Çehrə rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən “Qanlı yanvar” filminin çəkilişləri üçün hazırda Bakıdadır.

Filmdə rol alan tanınmış aktrisa Bakı ilə tanışlığını davam etdirir.

Bu gün aktrisa “Qanlı yanvar” filminin yaradıcı heyəti ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib.

Xatırladaq ki, Nebahat Çehrə Türkiyənin ən məşhur aktrisalarından biridir. 1944-ci ildə Samsunda anadan olub. 15 yaşında olarkən “Türkiyə gözəli” seçilən Çöhrə fotomodel və maniken kimi Türkiyənin şou aləminə qatılır. 1961-ci ildə “Yaban gülüm” filmi ilə kino aləminə ilk qədəmlərini atır. 1964-cü ildə Yılmaz Güneylə tanış olan aktrisa “Kamalı Zeybək” filmində rola dəvət alır. Bundan 3 il sonra – 1967-ci ildə Yılmaz Güneylə ailə qurur və bununla özünün dediyi kimi ifadə etsək, siyasətdən tutmuş, məişətə qədər hər şeydə öz baxışlarının formalaşmasında Yılmaz Güneyin böyük qatqısı olur.

…read more

From:: ANS