73 yaşlı Ağ Ev rəhbəri

Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident postu uğurunda gedən seçki yarışına daha bir namizəd qoşulub.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Vermont ştatından olan müstəqil senator Berni Sanders ABŞ prezidenti vəzifəsinə namizədliyini elan edib. Bu barədə “USA Today” xəbər yayıb.

Xəbərdə bildirilir ki, senator ABŞ prezidentinin seçkilərində Demokratlar partiyasından namizəd olmağı planlaşdırır.

Zəngin korporasiyaların və milyonçuların artması fonunda Amerikada orta sinifin yox olması problemi onun seçkiqabağı kampaniyasının əsas mövzusu olacaq.

73 yaşlı siyasətçi parlamentdə liberal fikirlərlə məşhurdur, lakin o, özünü sosialist adlandırır.

Qeyd edək ki, Sanders ABŞ senatına iki dəfə seçilib. …read more

From:: ANS