Ayın son günü bizi nə gözləyir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.
Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.
Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.

Buğa – mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar. Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.
Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.
Ailə üzvlərinin qayğısına qalın.

Əkizlər – günün ilk yarısında aktiv olmağa çalışın. Bilik və bacarıqlarınızdan yararlanın. Geniş proqram çərçivəsində fəaliyyət göstərin. Erudisiyanızı işə salın.
Günün ikinci yarısında yazışmalarda önəmli məqamları diqqətdən qaçırmayın. Başa çatdırılımamış işləri tamamlamaq asan deyil. Axşam saatlarına yaxın işgüzar görüşdə mövqelərinizdən geri çəkilməyin. Soyuqqanlı davranın, amma laqeyd olmayın.
Adi müşahidəçi mövqeyi tutmayın, olayları dəqiq qiymətləndirin.

Xərçəng – ətrafınızdakı insanların energetik təsirinə həddən artıq aludə olmayın. Hisslərinizə hakim olun. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar böyük rol oynamamalıdır. Vədlərə inanmayın, başqasının qurduğu situasiyaya düşməyin.
Günün ikinci yarısında kimisə dilə tutmağa çalışmayın. Faydalı məlumat ənənəvi mənbədən gəlməyə də bilər. Müşahidə qabiliyyətiniz yüksək olmalıdır. Yaxınlarınızı dinləyin, onları maraqlandıran məsələlər, qayğılandıran nüanslardan xəbər tutun. Ailə ən böyük dayağınızdır.
Yaxınlarınızdan gərəkli dəstəyi alacaqsınız.

Şir – yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın.
Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun.
Axşam saatlarında evdən uzağa yollanmayın.

Qız – sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. …read more

From:: ANS