Ərizə qəbulu başa çatdı

Ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu bu gün başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, 29 aprel saat 15:00-a olan məlumata əsasən 81579 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib.

5407 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsələr də, həmin ərizələri təsdiq etməyiblər.

Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. …read more

From:: ANS