170 müəllimi döydülər

Braziliyanın Parana ştatında kütləvi iğtişaşlar nəticəsində 170 nəfər xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, “Ria Novosti” xəbər verir ki, qarşıdurmalar müəllimlərin sosial təminat sistemində reformlara qarşı çıxanlar və onlara qoşulan digər dövlət işçiləri tərəfindən keçirilib.

Onlar Kuritiba şəhərində olan ştatın qanunverici orqanının binasına hücum etmək istəyəndə polis tərəfindən saxlanılıblar.

Toplaşanları dağıtmaq üçün polis gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə etmək məcburiyyətində qalıb.

Folha de Sao Paolo nəşri bildirir ki, polis tərəfindən də 20 nəfər xəsarət alıb. …read more

From:: ANS