Lənkəranda sel fəlakəti (VİDEO)

Son iki gündə ölkənin cənubunda yağan intensiv yağışlar yenidən sakinləri təbii fəlakət qarşısında qoyub. Yağışın gecə saatlarında leysan xarakteri alması Lənkəranda evlərin, həyətlərin, yolların su altında qalması ilə nəticələnib.

ANS-in Lənkəran bürosunun məlumatına görə, iki gün ərzində davam edən və gecə leysana çevrilən intensiv yağışlar Lənkəranda təbii fəlakətə səbəb olub. Rayon ərazisindəki çaylar, kanallar dağdan gələn sel və yağış sularına davam gətirməyərək daşıb. Bu səbəbdən də rayonun əksər yaşayış məntəqələri, o cümlədən Lənkəran şəhərinin böyük bir hissəsi su altında qalıb. FHN-nin cənub regional mərkəzinin xilasediciləri sutka boyunca fəlakətin miqyasının daha böyük olduğu ərazilərdə su basmış evlərdən sakinlərin təxliyyə edilməsini həyata keçiriblər. RFH komissiyasının fövqəladə iş rejimində çalışmasına baxmayaraq hələ ki, yağan yağış fəlakətin nəticələrinə aradan qaldırmağa imkan vermir.

İntensiv yağışların Lənkəranda yaratdığı fəsadlar yenidən təkrarlanıb. Rayonun bütün kəndlərində, şəhərdə çayların, su kollektorlarının daşması yolları, evləri su altında qoyub. Girdəni kəndində vəziyyət daha gərgindir.

Bu dəfə də Ləkər çayının daşması Girdəni kəndinin sakinləri üçün ciddi problemlər törədib. Yaşayış evlərinin, həyətlərin su altında qalması sakinlərin ətraf aləmdən təcrid edib. Sakinlər çətinliklə də olsa mal qaranı xilas etməyə çalışırlar. Ev təsərrüfatlarına dəyən ziyan sakinlərin əsəblərini tarıma çəkdiyindən onlar vəziyyətdən çıxış yolu tələb edirlər.

Kənd sakini Tofiq Baxşıyev deyir ki, malqara, toyuq–cücə hamısı suyun içindədir, eyni zamanda ərazidə 47 ev var ki, onlarında hamısı suyun içində qalıb.

Lənkəranda leysan yağışın törətdiyi fəlakətin nəticələrini aradan qaldırmaq üçün ağır texnikalar səfərbər edilsə də, hələlik subasmanın nəticələrini aradan qaldırmaq mümkün olmayıb. Bunun bir səbəbi yağışın davam etməsi, digər səbəbi isə çaylarda baş verən daşqınlardır. Rayon FHK-nın rəsmisi bununla belə vəziyyətin nəzarət altında olduğunu deyir.

“Bizim ən böyük çətinliyimiz axar çayların dənizə birləşən yerləridir. Dənizin qabarması nəticəsində ötürücülük qabliyəti aşağı düşür və belə bir vəziyyət əmələ gəlir” – deyə Lənkəran rayon FHK-nın sədr müavini Möhübbət Babayev bildirib.

Lənkəran regional hidrometrologiya müəssisəsindən verilən məlumata görə, ötən gecə Lənkərana yağan yağıntının miqdarı 122,6 mm olub ki, …read more

From:: ANS