Moskva-Bakı qatarında qəza

Moskva-Bakı sərnişin qatarı qəzaya düşüb.

ANS PRESS-in məlumatına görə, dünən axşam Rusiyanın Rostov vilayətində sürət qatarı avtomobili vurub.

Dəmir yol keçidində “Qazel” markalı avtomobil xarab olduğundan Moskva-Bakı qatarı qəzadan yayına bilməyib. Toqquşma zamanı zərər çəkən olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisədən sonra “Moskva – Bakı” qatarı yoluna davam edib.

Xatırladaq ki, dünən həmçinin Volqoqrad ərazisində “Moskva-Bakı” qatarının dəmiryol yaxınlığında sərxoş təqaüdçünü vurduğu haqda məlumat yayılmışdı. Xoşbəxtlikdən təqaüdçü sağ qalıb. …read more

From:: ANS