İran Suriyaya dəstək verdi (VİDEO)

İsrailin Dəməşq hava limanı yaxınlığına aviazərbələr endirməsi bu ölkənin radikal qruplaşmalarla əməkdaşlıq etdiyini və bölgədə sabitliyin daha da pozulmasına cəhd göstərdiyini sübut edir.

ANS TV-nin məlumatına görə, bu sözləri Dəməşqdə baş verən hadisədən sonra suriyalı həmkarı Valid əl-Müəllimlə görüşü zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. O, həmçinin İranın hər zaman Suriyanın yanında olacağını və onları dəstəkləyəcəyini bildirib. Suriyanın xarici işlər naziri isə ölkə ordusunun silahlı qruplaşmalara qarşı daha effektiv mübarizə apardığını vurğulayıb.

“Dünən sionist rejimin Suriyaya müdaxiləsi onu göstərdi ki, bu rejim təkfirçi və ekstremist qruplarla əməkdaşlıq edir. Mənim və qardaşım Valid əl-Müəllimin dediyi kimi bu, Suriya və İraqda son zamanlarda itkilərə məruz qalan terrorçu qruplaşmalarda ruh yüksəkliyi yaratmaq üçün atılan addımdır”, – deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

…read more

From:: ANS