ABŞ-ın Azərbycandakı yeni səfiri ilə bağlı açıqlama (VİDEO)

ABŞ -ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq olunan Robert Sekuta iqtisadi sahəyə dəstəyini əsirgəməyəcək.

ANS TV-nin məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyində belə düşünürlər. ABŞ səfrinin iqtisadi məsələlər üzrə nümayəndəsi Castin Krevier yeni təyin olunan səfirin Azərbaycana gəlişinin səbirsizliklə gözləndiyini bildirib.

“Amerika Bİrləşmiş Ştatlarının Azərbaycana səfir təyin etdiyi şəxslərin hər birinin böyük təcrübəsi olub. Mən heç şübhə etmirəm ki, yeni təyin edilən səfir Azərbaycanla ABŞ arasında iqtisadiyyat sahəsinə öz böyük tövhəsini verəcək. Və biz hamımız səbirsizliklə gözləyirik ki, yeni təyin edilən səfir nə vaxt Azərbaycana gələcək”, deyə Castin Krevier bildirib.

…read more

From:: ANS