Rusların “arvad” etdiyi erməni kişidən yeni xəbər

Moskva şəhər məhkəməsi bü gün keçirdiyi iclasda 18 nəfərin ölümünə səbəb olan yol qəzasını törədən erməni Hraçiya Arutunyan barədə qərarı qüvvədə saxlayıb.

ANS PRESS-in məlumatına görə, 6 il ay 9 ay azadlıqdan məhkum edilmiş “Kamaz” sürücüsünün şikayəti 2-ci instansiya məhkəməsi tərəfindən rədd edilib.

Beləliklə Moskvanın Troitsk rayon məhkəməsinin çıxardığı qərar qüvvədə qalıb.

Qeyd edək ki, məhkəmənin 2014-ci il avqustun 4-də çıxardığı qərara əsasən Arutunyan iki və daha çox şəxsin ölümünə səbəb olmuş yol hərəkəti qaydaların pozulmasında təqsirli bilinib. Həmçinin o saxta sənədlərin istifadəsində ittiham olunub.

Xatırladaq ki, 2014-cü ilin iyul ayının 13-də Arutunyanın idarə etdiyi “KamAZ” markalı maşın yüksək sürətlə hərəkət edərək sərnişin avtobusuna çırpılıb. Zərbənin təsirindən avtobus ortadan bölünüb. Nəticədə 18 nəfər ölüb. Qraç Arutyunyan qəza baş verən an yük maşınından yola düşdüyü üçün sağ qala bilib.

46 yaşlı ermənini ilk məhkəmə iclasına gətirilərkən əyninə qadın paltarı geyindirilmişdi. …read more

From:: ANS