Ordumuz itkilər verib?

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin Azərbaycan Silahlı Qüvvələrinin (SQ) cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatları əsassız sayır.

Bu barədə ANS PRESS-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu, Ermənistan SQ bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.

Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir. …read more

From:: ANS