Messinin söyənlər cəzalandı

“Atletiko” və “Deportivo” azarkeşləri arasında düşən davada bir fanatın ölməsi İspaniya klublarını hərəkətə keçirib.

ANS PRESS-in məlumatına görə, La Liqa təmsilçiləri təhlükəsizliyi daha da gücləndirmək qərarına gəlib.

Bu yöndə ilk təqdirəlayiq addımı “Real” atıb. Madrid klubunun rəhbərliyi “Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda Lionel Messi, “Barselona” və Kataloniya əleyhinə şüarlar səsləndirən, söyüş söyən 17 nəfərin kimliyini müəyyənləşdirilib. Onların bir daha stadiona buraxılmaması barədə qərar qəbul edilib. …read more

From:: ANS